“Neftçi”nin Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun vaxtı müəyyənləşib.
"Unikal" xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda avqustun 1-də Kiprin AEL klubu ilə qarşılaşacaq.
Görüş Byalobjeqdə yerləşən “Mieyski” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, bundan əvvəl “Hapoel" (İsrail, Təl-Əviv) (1:1) və “Termalika" (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.