Ötən ayın 28-də Karaman Polis Şöbəsinə Türkiyə vətəndaşları - 50 yaşlı Mehmet D., 53 yaşlı Həsən Hüseyn D., 46 yaşlı Erdal Y.-nın əcnəbi qadınları avtomobildə pul qarşılığında cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları faktla bağlı hərəkətə keçib, şəhərin ən sıx küçələrindən birində Mehmet D., Həsən Hüseyn D., Erdal Y. ilə C. Həvva və Azərbaycan əsilli M. Natəvanı saxlayıblar.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 35 yaşlı Natavan müayinə olunmaq üçün polisin nəzarəti altında xəstəxanaya aparılıb. Tibbi müayinədən keçirilməsi zamanı 35 yaşlı M. Natəvan adlı qadında cinsi yolla keçən və QİÇS-ə yol açan virusun olması şübhəlilərin ortaya çıxıb. Onda HİV virusu aşkarlanıb.
Natəvan Türkiyədən Azərbaycana deportasiya edilib.