Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən gömrük orqanına bəyan olunmayan 60 ədəd 1 kq-lıq dəmir qablaşdırmada qəlyan üçün tütün aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.