Tovuz sakini, 35 yaşlı Etibar Məmmədov şaftalını görəndə, toxunanda, hətta adını belə eşidəndə qəribə hərəkətlər edir.
Unikal.org xəbər verir ki, onda qıcolma yaranır, huşunu belə itirir.
Etibar şirin bibərə qarşı da eyni reaksiyanı göstərir. Bu qeyri-iradi davranış onda 10-cu sinifdən sonra əmələ gəlib.
“Xəzər Xəbər”in yayımladığı sujetdə bildirilib ki, Etibar Məmmədov insanların arasında olanda belə kimsə şaftalının adını çəksə və ya özünü göstərsə, qeyri-adekvat reaksiya verir.