Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun məzarından görüntü çəkilib. 

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, dəfn olunan Fərhad Poladovun məzarına güllər qoyulub.  

Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb. F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.