Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Dəmir Yolu Vağzalının qarşsında köməksiz vəziyyətdə qalan görmə əngəlli şəxsə kömək edəcək.
Unikal.org xəbər verir ki, bu barədə bizimyol.info-ya nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, sosial şəbəkədə yayılan məlumat araşdırılıb və həmin şəxsin sığınacağa yerləşdiriləcəyi qərara alınıb.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, şəxs qəza nəticəsində görmə qabiliyyətini itirib və sürücülük peşəsindən məhrum olaraq həbsə düşüb. Həbsdən çıxdıqdan sonra zərbələr alıb. Oğlu ona aid evi satıb, Londonda gedib və bir daha da dönməyib. Hər gün “Oxford” kitab mağazasının qarşısındakı masada əyləşərək verilən çayı içir. Onu küçə uşaqları incidir, üç-beş manatını cibindən oğurlayır, yaşamaq haqqı hər gün bir az daha qəsb edilir.