"Rəhmətlik Aydın Xırdalanlı və Bayram Kürdəxanlı ilə meyxana demək istəyərdim. Onlar da vəfat edib. Hətta studiya ilə də danışmışdım, alınmadı. Amma indi mən meyxandan uzaqlaşmışam".
Unikal.org xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "5/5" verilişində deyib. Sənətçi həmkarları ilə bütün əlaqəni kəsdiyini, heç bir meyxanaçı ilə duet ozxumayacağını söyləyib:
"İndi birlikdə meyxana demək arzusunda olduğum həmkarım yoxdu. Meyxana söyləməyə "yox" deyirəm. Bunun səbəbləri var. Siz elə bilirsiniz ki, intriqa yalnız şou-biznesdədir? Meyxanada olan kələklər, bir-birlərini bəyənməmək heç bir janrda yoxdur. Baxmayaraq ki, bu sənət kişi sənəti kimi görsənir... Kişi sənətidir, amma orada olan qırğınlar heç yerdə yoxdur. Bilirsiniz, kişi qırğını başqadır, bu isə başqa.
Konsertlərim olurdu, gedib təşkilatçısını tapırdılar və nələrdəsə əngəl törətməyə çalışırdılar. Bezdim və geri çəkildim. İki dəfə "Şəfa" stadionunda olan konsertim təxirə düşdü. Sonda məlum oldu ki, bunu hansı həmkarlarım edib. Əvvəllər yaşlı meyxanaçıları görəndə qabağına qaçırdım. Amma indi niyə kənara çəkilirəm? Çünki boğaza qədər yığdılar".