“Milli məclisdəki iqtisadçı millət vəkilləri, xahiş edirik, qanunlara düzəliş edib, insanlara əziyyət verməyəsiniz”.
Unikal.org xəbər verir ki, bu sözləri sosial media hesabında Əməkdar artist Nuriyyə Hüseynova yazıb.
Sənətçi deputatları tənqid edərək, bunları dilə gətirib:
“Ölüm və xəstəlik ucuzlaşıb. Niyəsi sizin qərarlarınızla bağlıdır. Sənəd məsələlərində vətəndaş əsəb və infarkt olmasın, neyləsin? Bir sənədlə bağlı bir aydır ki, belə hal yaşayıram. Alacağım 1500 manat pulu da istəmirəm. Həm yoruldum, həm də çox əsəb gərginliyi keçirdim”.