Müğənni Nadir Qafarzadə istirahətə yollanan məşhurlar karvanına qoşulub.
Unikal.org xəbər verir ki, 48 yaşlı müğənni həyat yoldaşı Sevinc xanımla tətil etmək qərarına gəlib. Məşhur cütlük Türkiyəyə yola düşüblər. Nadir Antalyada istirahət zamanı çəkilən fotolarını sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Nadir və Sevinc cütlüyü 26 ildir evlidir. Onların bu nikahdan iki oğlu var.