Müğənni Elton Hüseynəliyev həmkarı Nazəninlə yayılan rəqs videosunu tənqid edənlərə cavab verib.
Unikal.org xəbər verir ki, sənətçi sosial şəbəkədə ünvanına yazılan sualları da cavablandırıb. Elton bildirib ki, öz istədiyi kimi yaşayır və tənqidlərə əhəmiyyət vermir:
"Gürcüstanda toyda oynamağıma gəldikdə... Bəli, mənim yas mərasimindən sonra olan hadisə idi. Hətta video çəkilə-çəkilə Nazənin xanıma demədim ki, paylaşma. Süni bir söz heç vaxt deməmişəm, demərəm də. Atama üç gündən artıq yas tutmadım, tutmaram da. Atam Allahın rəhmətinə qovuşub. Bu dünyadan imanlı gedib, kafir kimi yox. Gözü yolda qalmayıb, rahat gedib. Anamdan, məndən, gəlinlərindən, övladlarından və nəvələrindən razı gedib.
Ürəyimdə ömürboyu ağrısı, gözümdə yaşı bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Mənə rəqs etməyi atam öyrədib. İndi ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşayır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmıram, başqasının aldığı kostyumu geyinib, kişilikdən dəm vurmuram. "İnsanlar nə deyər" düşüncəsi ilə yaşamamışam, yaşamayacam da. Xoşbəxtəm, ona görə ki, özüməm. Bir gündə min obraza girənlərdən olmaqdansa, ölmək yaxşıdır.
Hamıya hörmət edirəm. Artıq-əskik yazanlara isə demək istəyirəm ki, etik qaydadan çıxmaq insana hörmətsizlik gətirir. Hər kəs fikirlərini özünə saxlasın, öz həyatına baxsın. Başını İnstqramda hər yerə soxmasın. yaxşı insan olmaq rolunu oynamıram mən".
Qeyd edək ki, bir neçə həftə əvvəl Eltonun atası dünyasını dəyişib.