Xəbər verdiyimiz kimi, Qubada qidadan kütləvi zəhərlənmə olub.
Quba Rayon Mərkəzi Xəstəxanasından Unikal.org-a verilən məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti stabildir:
"Zəhərlənənlərin hamısı müayinə olunub və onlara zəhrənmə əlehinə iynə vurulub, dərman verilib. Ola bilər ki, sabah evə buraxılsınlar. Özlərinin bildiriblər ki, yeməklə, meyvə-tərəvəzi qarışdırıblar. Həyətdə ağacdan meyvə yığıb, yeməklə birlikdə yeyiblər. Onlar toyuq, kartofla bərabər gilas və alça, eləcə də başqa meyvələr yeyiblər. Bundan sonra onların səhhətlərində problem yaranıb. Qidadan nümunələr götürülüb. Araşdırma aparılır".
Famil Fərhadoğlu