İstanbulda qadın gözəllik salonlarının birində katibə işləyən Zeynep Özkara "mələk üzlü şeytan" ləqəbi alıb.  

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki,  onun bu adı almasına səbəb qadının  sevgilisini, dostlarını və binalarında qapıcı olan şəxsi də aldadması olub.
O həmin şəxsləri aldadaraq pullarını mənimsəyib. 

Bildirilir ki, Z.Özkara binanın qapıcısı Salih Yılmazın həyat yoldaşı  Ayşegül Yılmazla eyni gözəllik salonunda çalışıb. Z.Özkara qadına əvvələr banjda işlədiyini yaxşı tanışlarının olduğunu, pullarını dəyərləndirməkdə onlara kömək edə biləcəklərini deyib. 

Qadın məsələni həyat yoldaşına danışıb.  Razılaşan ər-arvad yığdıqları 200 min tl pulu his-hissə Zeynep Özkaraya veriblər. Əsil böyük zərbəni isə sevgilisi U.Y-yə vurub.  Verilən ifadəyə görə, Özkara sevgilisindən aldığı pulları öncə yüksək məbləğli xeyrlə geri qaytarıb. 

Bundan sonra ona güvənən sevgilisi də hər səfərində daha çox pul qaytarıb. Sonuncu aldığı puldan sonra telefonlarına zəng çatmayan Zeynəb Özkara pullarla birlikdə gözdən itib. 

35 yaşlı U.Y ifadəsində bunları deyib:

“Zeynəb mənə bankda çalışdığını, yaxın zamanda müfəttiş olacağını, bazarlar və səhmlər haqqında məlumat sahibi olduğunu, istəsəm pulu dövriyyəyə buraxıb daha da artıra biləcəyini dedi. Bundan sonra 2019-cu ilin fevral ayında 40 min tl verdim. 8 gün sonra pulu 61 min lirə olarak geri ödədi. 75 bin lirə verdim, 1 ay sonra 115 min lirə olaraq geri ödədi. Bundan sonra ona güvənbdim. Növbəti dəfə 200 min lirə verdim. Zeynep bir ay sonra telefonunda hesabı göstərərək pulumun  440 min lirə olduğunu söylədi. Bundan sonra 250 min lirə də ödədim. Bu müddət ərzində 3 dostum da Zeynəbə pul verərək qazanc əldə etmək istəyiblər. 

2019-cu ilin mayında Zeynəb bankda problem olduğunu, hesabların boşaldıldığını, mənə pul qaytara bilməyəcəyini deyərək yola verdi.

Təxminən bir həftə öncə də içindən istefa  verdiyini, pulumu geri qaytaracağını dedi. Şübhələndim. Münasibətimiz ərzində onu hər zman mənə işlədiyini dediyi o banka yola salırdım. Məni və dostlarımı aldatdı, şikayətçiyəm".