Vyetnamın şimal-qərb bölgəsində yaşayan uşaqlar məktəbə getmək üçün Nam Çim çayını keçmək məcburiyyətində qalırlar.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ilin quraq dövrlərində məktəblilər çayın üzərindəki çürük körpülərdən istifadə edərək keçə bilirlər. Lakin yağışlı aylarda və sel hadisəsinin baş verdiyi vaxtlarda uşaqlar paketlərin içərisində çayı keçməli olurlar.
Kənd sakibləri və rəhbərlik də bu çayın çox təhlükəli olduğunu bildirirlər. Məktəblilərin rahat gedib-gəlməsi üçün bu çayın üzərində asma körpülərin tikilməsinin zəruri olduğunu deyiblər. İndiki halda isə uşaqlar hələdə valideynlərinin köməyi ilə paketlərin içərisində məktəbə gedirlər