İngiltərədə 2 yaşlı oğlan uşağı yatağında yatarkən yarasa ona hücum edib. Uşaq qışqıraraq yuxudan ayılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, oğlunun səsinə oyanan 29 yaşlı anası onun yatağının küncündə ağladığını görüb. Hələ danışa bilmədiyi üçün dərdini deyə bilməyən uşağı anası öz otağına aparıb və yanında yatızdırıb. Səhər oyananda isə anası oğlunun qolunda üç kiçik cızıq görüb və tələsik onun otağına gedib.

Oğlunu nəyin dişlədiyini bilməyən və həyəcanlanan anası yataq örtüsünü qaldırıb silkələdikdə onun içindən bir yarasa düşüb. Yarasanı baytara göndəriblər. Baytar yarasanın hələ balaca olduğunu, böyük ehtimalla yolunu azaraq uşağın otağına daxil olub. 2 yaşlı uşaq isə xəstəxanaya aparılıb. Orada ona üç iynə vurulub və vəziyyəti yaxşıdır. Lakin o bir müddət otağında tək yata bilməyəcək. Mütəxəssislər uşağa 22 santimetrlik qanad açıqlığına sahib və İngiltərədə ən çox yayılan pipistrelle yarasasının hücum etdiyini bildiriblər.