İnstagram fotoservisinin istifadəçilərinin sayı 500 milyona çatıb.
Unikal.org xəbər verir ki. bu barədə İnstagram-ın rəsmi bloqunda xəbər verilib.
Məlumata görə istifadəçilərin 300 milyonu servisdən gündəlik istifadə edir.
İnstagram-a yazılanların 80%-i ABŞ sərhədlərindən kənarda yaşayır.
Fotoservis Twitter-i (300 milyon istifadəçi) auditoriyasının genişliyinə görə qabaqlasa da, Facebook-dan (1,6 milyard istifadəçi) xeyli geri qalır.