Rusiyanın şimal-şərqində 4,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamchatskiy şəhərindən 100 cənub-şərqdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.

Qeyd edilir ki, şəhərin bəzi ərazilərində zəlzələ 3 bal gücündə hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.