Siyəzən rayon sakini müəmmalı şəkildə itkin düşüb. Hadisə rayonun Qərəh kəndində baş verib.
Unikal.org ANS PRESS-ə istinadən xəbər verir ki, o, evdən ziyarətə getmək adı ilə çıxıb.
Artıq yaxınları 16 yaşlı Natiqdən 5 gündür ki, xəbər ala bilmirlər.
"O, evdən çıxarkən validenlərinə kəndin yaxınlığında yerləşən ziyarətgaha getdiyini deyib. Natiq ev paltarında olub. Validenləri onu axşama qədər gözləyiblər. Amma Natiq geri qayıtmayıb. Biz onu axtarmaq üçün ziyyarətgahın yerləşdiyi əraziyə getdik. Amma onu tapa bilmədik", - deyə qohumu bildirib.
Fəxriyyə Məmmədova deyib ki, hadisə ilə bağlı rayon polis şöbəsinə də müraciət ediblər: "İdarədən axtarışların davam etdiyini, amma hələ heç bir nəticənin olmadığını dedilər".
Onun qohumu Natiqin itkin düşməsi ilə bağlı bəzi ehtimallar da səsləndirib. O, bildirib ki, Natiqin qonşu kəndlərdən birindən qız istədiyi barədə söz-söhbət gəzirdi. "Bizdə olan məlumata görə, kəndin oğlanları onu bir neçə dəfə hədələyiblər. Amma kəndə nə onun istədiyi qızı, nə də ki, Natiqi tanıyan yoxdur. Artıq 5 gündür valideyinlərin gözü yolda qalıb", - deyə Fəxriyyə Məmmədova bildirib.