Meqastar Tarkan iyun ayında keçirdiyi əməliyyatdan depressiyaya düşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkanın çətin günlər keçirdiyi iddia edilir. Onun depressiyaya düşməsinin səbəbi səsini itirmək riskidir.
Ötən ayın sonlarında əməliyyat olunan müğənni Almaniyaya gedib.
Tarkanının bu əməliyyatı səsinə və yuxu sisteminə mənfi təsir göstərib və hətta səsini itirmək qorxusu ilə üz-üzə qalıb. Məşhur müğənni İstanbula qayıdan kimi dərhal həkim müayinəsinə gedəcəyini deyib.
Tarkanın sosial şəbəkədə paylaşım etməməsi də bu iddiaları gücləndirib.