Ukraynanın məşhur aparıcılarından biri Yevgeni Şerbakov faciəvi şəkildə həyatını itirib. Hadisə Odessa şəhərində baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı aparıcı yaşadığı binanın 17-ci mərtəbəsindən yıxılıb. Y. Şerbakovun ölümü onun yaxınları, eləcə də tanışları üçün gözlənilməz olub.
Qeyd edək ki, Y. Şerbakov “Импровизация Ведущих” (“Aparıcıların improvizəsi”), “Дом 2” (“İkinci ev”) kimi məşhur layihələrin iştirakçısı olub.