Sankt-Peterburqun Kirov məhkəməsi 15 min rüşvət almaqda təqsirkar bilinən keçmiş məhkəmə icraçısı Qismət Zeynalov barəsində hökmü elan edib.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, o 2 il ümumi rejimli həbsxanada cəza çəkməklə yanaşı, 600 min rubl da cərimə ödəməlidir.
Bundan əlavə, Qismət Zeynalov 3 il müddətində müəyyən vəzifə tuta bilməyəcək.
İstintaq materiallarında qeyd edilir ki, Zeynalov 2016-cı ilin yanvar ayında arvadının icra etməli olduğu iş üzrə Peterburq sakinindən 15 min rubl alıb. O, həmin pulun müqabilində ittiham olunan barəsində icra prosesinin başa çatması haqda qərar çıxartdıracağına söz veribmiş. Pul Zeynalovun bank hesabındakı karta oturandan sonra tutulub.