Amerika Birləşmiş Ştatlarında müğənni Üzeyir Mehdizadənin mahnıları dinlənilir.

Unikal.org xəbər verir ki, bu barədə videonu prodüser Tarix Əliyev sosial şəbəkələrdə paylaşıb.

Nyuyorkda səfərdə olan prodüser mərkəzi küçələrdən birində ticarətlə məşğul olan köşk satıcısına yaxınlaşıb. O, Üzeyir Mehdizadəni dinlədiyini, onun azərbaycanlı olduğunu bildiyini söyləyib.