Balıkesir-İzmir avtomobil yolunda şəhərlərarası sərnişin avtobusun yolun kənarındakı beton bloklara vurulması nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Türkiyənin "Anadolu" agentliyi məlumat verir ki, toqquşmanın təsiri nəticəsində avtobus alışaraq yanmağa başladı.
Yaralılar yaxın xəstəxanalara yerləşdiriliblər.
Hadisənin səbəbləri barədə məlumat verilmir. (Trend)