Trabzonun küçələrinin birində bankın qarşısını böcək və həşəratlara görə dərmanlayıblar.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, dərmanlamadan sonra çox sayda qaçmağa çalışan tarakanlar hər tərəfi sarıb.

Ətrafdaki insanlar isə böcəklərdə qorxublar və qaçmağa başlayıblar. Tarakanlarn insanların üzərinə tullanıblar. Həmin küçədə işləyənlər əllərinə süpürgə alaraq tarakanların qarşısını almaq istəsələr də, bu mümkün olmayıb.

Küçəni və tarakanların ətrafını bankın hər yerini yenidən böcəklərə qarşı dərmanlayıblar. Dərmanladıqdan sonra küçəni böcəklərdən təmizləyiblər. Bu hadisə zamanı ətrafa yayılan tarakan növünün zəhərli olduğu və müxtəlif xəstəliklərə yol aça biləcəyi bildirilib.