16-17 iyun tarixlərində mərkəzləşmiş qaydada keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76.93%) imtahanda iştirak edib.

Unikal.org bildirir ki, Təhsil Nazirliyindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstərib. 

Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləridir.

Nəzərinizə çatdırırıq ki, hazırda müsabiqədə keçid balı toplayan müəllimlər üçün vakansiya seçimi mərhələsi keçirilir. Növbəti mərhələ müsahibə mərhələsi olacaq.