Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
Unikal.org-un xəbərinə görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb.
Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edir. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb.
Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.