"Bank BTB" ASC Azərbaycanın regionlarında ilk filialını açmağa hazırlaşır.
Unikal.org report-a istinadən xəbər verir ki, Bankın ilk regional filialı ölkənin 2-ci böyük şəhəri olan Gəncədə fəaliyyət göstərəcək. Amma bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatası filiala lisenziya verməlidir. Hazırda bu lisenziyanın alınması istiqamətində iş gedir.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda Bank müştərilərinə baş ofisi, paytaxtdakı 10 filialı və 1 şöbəsi ilə xidmət göstərir.