Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na dəyişiklik edib.
Unikal.org bildirir ki, NK-dan Trend-ə verilən məlumata görə, kredit sistemi işlə tədrisin təşkili qaydaları həm də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə şamil edilir.
Dəyişikliklərə əsasən, professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) həm ali təhsil müəssisələri arasında, həm də ali təhsil müəssisələri ilə AMEA arasında arasında xüsusi razılıq əsasında həyata keçirilir.