Bir müddət öncə türkiyəli aktyor Metin Yıldızın sevgilisinə zor tətbiq etdiyi iddia edilib. Məşhur aktyor bu hadisə barədə açıqlama verib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o Gözdə Kayra ilə 2 ildən çoxdur ki sevgili imiş. Mətin Yıldız bildirib ki, o sevgilisinin ona zərər verə biləcəyini düşünüb öncədən tədbir alıb. 

Münasibətlərinin 1 ili tamam olan zaman aktyor sevgilisindən ayrılmaq istəsə də, Gözdə Kayra buna icazə verməyib və təhdidlərə başlayıb. 

Hətta aktyorun qaldığı otelə sürpriz etmək bəhanəsi ilə girən Gözdə onun otağını və paltarlarını yandırıb. Gözdə Kayra dəfələrlə TV-ə çıxıb Mətin Yıldızın onu döydüyünü, aktyoru kişilərlə birlikdə tutduğunu və onun narkotika istifadə etdiyini iddia edib. 

Aktyor bunları təkzib edib. Sevgilisinin psixoloji xəstəliyi olduğunu və dərmanlarını qəbul etdiyini bildirib. Həkimi də Mətinə xəbərdalıq edib. Bildirib ki, qadın onu öldürə bilər. 

Aktyorun bildirdiyinə görə, baş verənlərdən sonra onun anası iflic olub. Mətin Yılmaz qeyd edib ki, bir dəfə sevgilisinin onu öldürmək üçün əlinə aldığı bıçaq onun ayağına batıb.  Aktyor daha sonra bu günə qədər susmasının səbəbinin səbr yox qorxu olduğunu bildirib.