Qalmaqal yaradan açıqlamalarıyla mətbuatın gündəmindən düşməyən məşhur model Eşli Qraham İtaliyaya tətil üçün yollanıb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı model Eşli Qraham  tətilə 10 illik həyat yoldaşı Castin Ervin və dostları ilə gedib. Məşhur model həyat yoldaşı ilə sosial şəbəkədə tez-tez paylaşım edir. “Instagram”-da 8 milyondan çox izləyicisi olan modelin paylaşımları sevənləri tərəfindən maraqla izlənilir.

 Eşli Qraham həyat yoldaşından əvvəlki sevgililəri ilə birlikdə olduğu üçün peşmanlıq hissi keçirdiyini  yazıb. 

“Əsl məhəbbəti tapmaq üçün Nyu-Yorkun yarısı ilə yatdım” deyən model kişilərin nə istədiklərini anladığı üçün həyat yoldaşı ilə evlənənə qədər birlikdə olmadığını da qeyd edib. 

O bildirib ki, həyat yoldaşı ilə bir kilsədə tanış olub. Evlilikdə əsas məqamın cinsi əlaqədə olmaq yox, bir-birinə güvənmək olduğunu bildirib.