Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Gelandewagen" markalı, 10 XC 300 dövlət nömrə nişanlı avtomobil avtosfer.az-ın kamerasına tuş gəlib.
Unikal.org xəbər verir ki, həmin avtomobilin sürücüsünün 28 May küçəsində qarşı yola çıxaraq qayda pozarkən videosunu çəkib. Görüntülərdən də məlum olur ki, sürücü başqaları ilə eyni sırada dayanmağı özünə sığışdırmadığı üçün əks yola çıxıb və soldan gələn avtomobillərin hərəkətinə mane olur.
Görəsən, işıqforun qırmızı işığında başqaları ilə eyni sırada dayanmaq istəməyən bu sürücü qanunları açıq-aşkar tapdalayarkən kimə və nəyə güvənir? Həmin sürücünün kimliyi ilə bağlı araşdırmalarımız davam edir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu cür qayda pozuntusuna görə 100 manat, 4 bal cərimə nəzərdə tutulur.
Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulur.