Bakıda 7 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Binə qəsəbəsində "ZİL" markalı 10 NK 314 dövlət qeydiyyat nişanlı yük maşını 2009-cu il təvəllüdlü Heydərli Fərda Zaur oğlunu vurub. Yük maşının altında qalan uşaq hadisə yerindəcə vəfat edib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)