Ermənistan prezidenti Serj Sərkisyan bu gün iyunun 22-də Dağlıq Qarabağa gələcək.
Unikal.org xəbər verir ki, bu haqda "İnterfaks" diplomatik mənbəyə istinadən bildirir. Mənbə deyib ki, Sərkisyan tanınmayan "DQR"in rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.
Virtualaz.org ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma "DQR" rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.
Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.