Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyanın təmas xəttinin hansı istiqamətində olduğu açıqlanmır. Qondarma Qarabağ erməni rejiminin təmsilçisi David Babayan deyib ki, Sərkisyan sabah da bəzi tədbirlərdə iştirak edəcək. Və səfər haqda daha sonra açıqlama veriləcək. Bununla belə Babayan bu səfərin prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı olmadığını, "ümumi xarakter daşıdığını" deyib.