Kəbirə Məmmədovanın "vurulmasında" Dilşad Əmirovanın rolu
11:53 11-10-2012
İQTİSADİYYAT
Kəbirə Məmmədovanın
"vurulmasında" Dilşad Əmirovanın rolu
"Binə" Ticarət Mərkəzinin rəhbərliyi uğrunda savaş qızışır
Yaxud, Dilşad Əmirovanın "antiKəbirə prosesi"ndəki izi və yeri...
Son zamanlar "Binə" Ticarət Mərkəzi ətrafında bir-birinin ardınca cərəyan edən proseslər maraq doğurmaya bilməz. Baş verənləri təhlil edərkən isə belə bir təssürat yaranır ki, sanki hansısa "görünməz və sirli bir əl" bütün bu proseslərin idarə edilməsiylə məşğuldur və istənilən an aranı qarışdırmağa qadirdir.
Doğrudan da adıçəkilən ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovaya qarşı qurulmuş antitəbliğat şousu zərgər dəqiqliyi ilə işləyir və az qala ölkə mətbuatı hər gün "Binə"dəki hansısa "pozuntu və ya nöqsanları" aşkarlayaraq işıqlandırır. Bütün bunlar isə haqlı olaraq şübhələrə yol açır. Maraqlıdır, görəsən "Binə" Ticarət Mərkəzi ilə bağlı aparılan "informasiya müharibəsi"nin arxasında kimlər dayanır? Bu yazımızda bu və digər suallar ətrafında kiçik araşdırmamızın nəticələrini oxucularımıza təqdim edəcəyik.
Məsələnin ilginc tərəflərindən biri ondan ibarətdir ki, "Binə" Ticarət Mərkəzi ilə bağlı mətbuata ötürülən informasiyalar əsasən həqiqəti əks etdirir. Bu isə belə düşünmək üçün əsaslar yaradır ki, həmin məlumatlar məhz daxildən yönləndirilir və məqsədlidir. Belə olan halda isə ortaya digər sual çıxır: Kəbirə Məmmədovanın mətbuatda "vurulması" kimə və ya kimlərə sərf edə bilər? Ticarət Mərkəzində yaşananlarla bağlı kompramatlar mediaya kimlər tərəfindən ötürülür və onların bu prosesdəki maraqları nədir? Təbii ki, sualların cavablandırılması istiqamətində bir neçə versiya irəli sürmək mümkündür. Amma biz əldə etdiyimiz səhih məlumatlar əsasında həqiqətə yaxınlığı şübhə doğurmayan ehtimal üzərində dayanmağı daha məqsədəuyğun sayırıq.
"Unikal"ı bilgiləndirən və "Binə" Ticarət Mərkəzində baş verənlərlə bağlı kifayət qədər məlumatlı olan mənbənin sözlərinə görə hazırda Kəbirə Məmmədovanın sıradan çıxarılması istiqamətində ciddi iş gedir. Elə Ticarət Mərkəzinə qarşı aparılan "qara piar" kampaniyasının başında da həmin qüvvələr dayanıb: "Kəbirə Məmmədovanın "vurulması" sifarişi nisbətən yuxarı dairələrdən gəlib və o özü həmin qüvvələrin kimliyi ilə bağlı az-çox informasiyaya malikdir. Həmin qüvvələrin buradakı maraqlarına gəlincə isə bu aydındır, bəlli olduğu kimi "Binə" Ticarət Mərkəzi kifayət qədər rentabelli müəssisədir və bunu nəzərə alan həmin güclər bu strukturu ələ keçirməyi qarşılarına məqsəd qoyublar. Bunlar aydındır, amma çox maraqlı nüans ondan ibarətdir ki, həmin güclər Kəbirə Məmmədovanı öz müavininin əliylə "ilişdirmək" niyyətindədirlər".
İnformasiya qaynağımız iddia edir ki, "Binə" Ticarət Mərkəziylə bağlı "kompramat müharibəsi"nin "uzaqvuran toplarından" biri məhz Kəbirə Məmmədovanın müavini Dilşad Əmirovadır: "Onu yaxından tanıyan şəxs kimi deyə bilərəm ki, Dilşad Əmirova bu cür oyunların mahir ifaçısıdır və hazırda Kəbirə Məmmədovaya qarşı hücumların iştirakçılarından biri də məhz odur. Ticarət Mərkəzində baş verən ən xırda olayın təfərrüatlarına qədər mətbuat səhifələrinə yol açmasının memarı kimi də onu göstərmək olar. Dilşad Əmirova artıq neçə müddətdir ki, Kəbirə Məmmədovaya qarşı olan hücümlara dəstək verməklə onun yerinə keçmək niyyətindədir. Onun rəhbərinə qarşı fəaliyyətinin alt qatında da bu amil dayanır".
Bir-birinin ardınca "Binə"də baş verən neqativ hallar isə Dilşad Əmirovanın və havadarlarının işini daha da yüngülləşdirib. Belə ki, bazarda bir müddət əvvəl baş vermiş zəhərlənmə olayından sonra qeydə alınan kriminal hadisələr və Ticarət Mərkəzinin sel suları altında qalması vəziyyəti daha da tündləşdirib. Redaksiyamıza verilən məlumatlarda deyilir ki, "Binə"nin rəhbəri Kəbirə Məmmədovanın buraxdığı bir neçə səhv də onun başının bəlasına çevrilib. Üstəlik, ard-arda baş verən xoşagəlməz hadisələr isə onun əleyhdarlarının əlinə əlavə "kozırlar" verib. Mənbə bildirir ki, Kəbirə Məmmədovanın ətrafında cərəyan edən prosesin mahiyyətində külli miqdarda pulun yuxarı dairələrdən gizlətməsi dayanır. Belə ki, indiyə qədər sahibkarlardan müxtəlif adlar altında yığılan pulların dəqiq qeydiyyatı aparılmayıb. Üstəlik, bu pulların bir qismi lazımi dairələrin diqqətindən yayındırılıb. Nəticədə, işin üstü Dilşad Əmirovaya bağlı olan sahibkarların etdiyi şikayətlərdən sonra açılıb və məlum olub ki, bir neçə il içində milyonlarla manat pul ortalıqda yoxdur.
Göründüyü kimi Kəbirə Məmmədova sözün həqiqi mənasında "mühasirə"dədir və onun bu "mühasirə"ni yara biləcəyi bir qədər şübhəli görünür. Bununla belə baş verənlərin sonucunda Kəbirə Məmmədovanın vurulacağını proqnozlaşdırmaq da bir qədər çətindir. Nəzərə almaq lazımdır ki, Kəbirə Məmmədova da kifayət qədər təcrübəyə və lazımi dairələrlə əlaqələrə malikdir. Odur ki, "Binə" Ticarət Mərkəzi ətrafında əsən "fırtına"nın kimi yıxacağını indidən qəti şəkildə iddia etmək doğru olmazdı.
Mövzuya qayıdacağıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05