Xalq artisti Arif Babayev bir zamanlar ifaçılıq etmək istəyi olan oğlundan danışıb. Lent.az-ın məlumatına görə, xanəndə "Ondan sonra" verilişində bildirib ki, övladının əvvəlki kimi səsi yoxdur, batıb:
 
"Əgər oğlumun səsi bütöv olsa idi, onu xanəndə olmağa icazə verərdim. Amma yarımçıq ifaçı olmaq olmaz. O, çox istedadlıdır. Əvvəllər daha gözəl səsi var idi, sonralar xarab oldu. Evdə o qədər qışqırdı ki... Anası da ona  o qədər dedi ki, "ayə, Allah səsini batırmasın, bəsdir, qışqırma". Yoldaşım o qədər dedi ki,  səsin batmasın, axırda səsi batdı. İndi azda olsa, səsi var. Amma əvvəlki kimi oxuya bilmir".
 
Xalq artisti onu da əlavə edib ki, indi nəvəsinin ifaçılığa həvəsi var: "Nəvəmin də səsi var. Müslüm Maqomayevin mahnılarını oxuyur. Deyirəm ki, baban burda dura-dura başqasının mahnısını niyə oxuyursan ki? O da deyir, nə qədər səndən oxumaq olar axı. İfaçılığa həvəslidir, yaxşı olsa, gələcəyini zaman göstərəcək".