Türkiyəli müğənni Sərdar Ortacın dünən boşandığı həyat yoldaşı, model Xloe Luqnan xəstəxanaya yerləşdirilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, S.Ortac həyat yoldaşından Beykoz Ədliyyə Məhkəməsində ayrıldıqdan sonra model Xloe Luqnan gecə özünü piss hiss edib və xəstəxanaya yerləşdirilib.
Sərdar Ortaç boşandığı həyat yoldaşına xəstəxanada baş çəkib və açıqlama verib: "Allah nə istəsə o olur, qismət bu. Mən ondan daha yaxşıyam. Dünən boşandıq, axşam özünü pis hiss edib. O, mənə xanımlıq edib, düşmənim deyil. Əgər bu gün onun yanına gəlməsəydim adam olmazdım. Hazırda səhhətində yaranan problemlə bağlı müalicə alır".
Qeyd edək ki, Ortaç Lounan ilə 2014-cü ildə ailə qurmuşdu.