Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəklərdə ailəsini 21 nəfər təhqir edib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna görə də, Fatih terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edib. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, İspaniya - Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəklərində ağır şəkildə söymüşdülər.