Türkiyənin çox sevilən "Çukur" serialının aktyoru Cihangir Ceyhan ilə müxbirlər arasında xoşagəlməz hal yaşanıb.
Unikal.org xəbər verir ki, o, sevgilisi ilə əyləncə məkanlarından birindən çıxarkən obyektivlərə tuş gəlib. Cütlüyün fotoqrafını çəkmək istəyən müxbirlər bir anda aktyorun hücumuna məruz qalıblar. "Bir daha şəklimizi çəkməyə çalışsanız üz-gözünüzü dağıdaram" deyən aktyor sevgilisi ilə birlikdə taksiyə minərək oradan uzaqlaşıb.