"Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir".
Unikal.org axşam.az bild ki, bu sözləri müğənni Nura Suri bikinili şəkillərini nəzərdə tutaraq yazıb.
Sənətçi əxlaqın geyimlə ölçülməsinə qarşı çıxdığını bildirib:
"Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm".