Türkiyəli müğənni Sərdar Ortac bu ilin 7 avqust tarixində boşandığı həyat yoldaşı, model Xloe Luqnaya sahib olduğu mülkinin yarısını verməsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, müğənni sosial şəbəkədə boşandığı xanımı sahib olduğu 20 milyon telelik mülkinin yarısını tələb etməsi xəbərlərində belə reaksiya verib: "Bu cür xəbərlər yalandır. Biz anlaşaraq boşandıq".
Xatırladaq ki, yayılan xəbərlərdə deyilir ki, 26 yaşlı İrlandiyalı model Xloe Luqnaya Sərdar Ortacla Emirganda yaşadıqları 20 milyon telelik villanın dəyərinin yarısını ondan tələb edir. Digər bir xəbərdə deyilir ki, müğənni boşandığı model xanımını razı salmaq üçün ona bir ev və bir bahalı avtomobil verib.