Abid Şərifov 92 ailəni hökumətə qarşı qaldırır
12:15 11-10-2012
CƏMİYYƏT
Abid Şərifov 92 ailəni hökumətə qarşı qaldırır
Baş nazirin müavini xəbərdar olduğu problemin həllinə niyə kömək etmir?
Xətai rayonu, Cavanşir küçəsi, 38-də yerləşən yataqxananın bir qrup sakini dünən mənzil maxinasiyası ilə üzləşmələrinə dair mətbuat konfransı keçiriblər. Mətbuat konfransında kifayət qədər ciddi ittihamlar səslənib.
Hüquq müdafiəçisi Ələkbər Məmmədovun sözlərinə görə, 2000-ci ildə baş vermiş zəlzələdən sonra yataqxana qəzalı duruma düşüb. Bununla bağlı sakinlər Bakı meriyasına müraciət ediblər. Bakı meriyası durumla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıb.
Baş nazirin müavini Abid Şərifovun imzası ilə Bakı meriyasına sakinləri köçürmək üçün yeni mənzil tikintisinə başlamaq barədə sərəncam verilib. Bakı meriyası isə 2004-cü ildə Sadıqcan küçəsində sakinlər üçün bina tikilməsinə 40 sot torpaq sahəsi ayırıb.
Bu ilin mayında 160 ailədən 80 ailəyə həmin binalarda mənzil verilib, qalan 80 ailəyə və əlavə olaraq 12 qaçqın ailəsinə mənzil verilməyib. Yataqxanadakı ailələrə verilən mənzillər 40-45 kvadrat metr, satlıq mənzillər isə 60 kvadrat metr sahəsində olub.
Mənzil ala bilməyən qalan 80 ailənin nümayəndələri mənzil üçün müraciət etdikdə mənzillərin artıq satıldığı bildirilib. Sakinlərdən biri mənzillər verilən zaman onların bir qisminə kommunal xətlər çəkilişilə bağlı Bakı meriyasına ünvanlanacaq kağızlara imza atdırıblar. Sonradan məlum olub ki, bu kağızlar sakinlərin yataqxanada qalmaq istəmələri və yeni mənzil almaqdan imtina etmələri məzmunlu olub.
Mətbuat konfransında sakinlər baş nazirin müavini Abid Şərifovun qəzalı yataqxanada təmir-bərpa işləri aparılması, maliyyə vəsaiti ayrılması haqda göstəriş verdiyini deyiblər. Bir çox dövlət orqanları hadisədən xəbərdar olsalar da baş vermiş olaya heç bir reaksiya göstərmir.
Sonda sakinlər bildiriblər ki, bu haqsızlığa etiraz olaraq oktyabrın 11-də Prezident Administrasiyası önündə aksiya keçirməyə hazırlaşırlar.
Burada diqqət yenə də baş nazirin müavini Abid Şərifovun üzərinə yönəlir. İstər-istəməz, sual meydana çıxır: Şərifov verdiyi göstərişin sonrakı aqibəti ilə niyə maraqlanmır? Vitse-premyer bir halda ki, problem barədə tam məlumatlıdır, nədən həmin problemi kökündən həll etmi r və üst-üstə 92 ailənin hökumətə qarşı aksiya keçirmək istəməsinə razı olur?
Baş nazirin müavini doğrudan da qəzalı yataqxana ilə bağlı tapşırıq veribsə, məntiqlə bu tapşırığın necə icra olunduğu ilə maraqlanmalı, nəticədə həmin binanın sakinlərinin istər narazılıqlarla dolu mətbuat konfransına, istərsə də Prezident Administrasiyası önündə etiraz aksiyası keçirməsinə ehtiyac qalmamalıdır. Yox, əgər bu ehtiyac qalırsa, demək, məsuliyyəti də ilk növbədə məhz o daşımalıdır - baş nazirin müavini Abid Şərifov!
Bunu biz demirik. Bunu artıq əlahəzrət məntiq deyir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25