Uzun müddətdir sevgili olan Cem Yılmaz və Defne Samyeli cütlüyü ayrılmaq qərarına gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2018-ci ildən birlikdə olan məşhur cütlüyün son zamanlar anlaşa bilmədiyi iddia edilib. Kanal D-də yayınlanan "2-ci səhifə" verilişində Müge Dağıstanlı ilə Gülşen Yüksel mətbuatın gündəminə düşəcək iddia ilə çıxış edib.
Verilişdə cütlüyün ayrılmaq qərarını yaxın ətraflarına dedikləri önə sürülüb. Bu qərardan sonra aparıcı Defne Samyeli Cem Yılmazla birlikdə qaldıqları evdən də çıxıb.