"Arka sokaklar" serialında Metin Çoban obrazına həyat verən aktyor Furkan Göksel ekran işindən ayrılıb.
Unikal.org xəbər verir ki, 13 ildir serialda komisar Hüsnü Çobanın oğlunu canlandıran Furkan bu barədə sosial media hesabında yazıb.
"Çox uzun 13 mövsüm. Sanki bu evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, hüzünlərim, sevincim hamısı bu evdədir. Hər küncündə, küçəsində başqa bir xatirə. Keçirdiyimiz 13 il üçün hamınıza təşəkkür edirəm. Sizinlə böyümüşəm. Yaxşı ki, varsınız" deyə, o, bildirib.