Sumqayıtda qadın bıçaq xəsarəti alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü N.F qarın boşluğundan almış olduğu bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.
Hadisənin təfərrüatları araşdırılır.