Türkiyənin Qars şəhərində qaçaqmalçılıq yolu ilə neft ticarəti ilə məşğul iki azərbaycanlı saxlanılıb.
Unikal.org-un məlumatına görə, Qars şəhərində polisin keçirdiyi əməliyyat zamanı benzin və dizel yanacağını qaçaqmalçılıq yolu ilə gətirilib və xüsusi çənlərə yükləndikdən sonra, satşını həyata keçirən 3 nəfər saxlanılıb.
Saxlanılanlardan iki azərbaycanlı olub. Onların neft çənlərindən ümumilikdə 31 min 268 litr yanacaq aşkar olunub.
Əməliyyatda 3 ədəd metal çən, 1 ədəd dalğıc nasos, 2 ədəd maye yanacaq sayğacı, 5 ədəd müxtəlif ölçülərdə rezin şlanq, 2 ədəd nasos tapançası ələ keçirilib.
Saxlanılan şəxslər məhkəməyə aparılıb. Saxlanılanlardan ikisi sərbəst buraxılıb. Digər biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.