Reynhard Mitçek: "Kompromis tapa bilərik"
15:39 12-10-2012
CƏMİYYƏT
Reynhard Mitçek: "Kompromis tapa bilərik"
"Şahdəniz" konsorsiumunun "Nabucco West" layihəsində səhmdar kimi iştirakı məsələsində kompromis tapa bilərik"
"Nabucco Gas Pipeline International GmbH" konsorsiumunun idarəedici direktoru Reynhard Mitçekin bildirib ki, "Şahdəniz" konsorsiumu ilə "Nabucco West" layihəsinə dair danışıqlar aparır, "Şahdəniz" və "Nabucco" arasında əməkdaşlıq sazişinin bütün elementlərini müzakirə edirik. Ümid edirəm ki, cari rübdə müqaviləni imzalaya biləcəyik.
"Nabucco West" layihəsi üzrə "Şahdəniz"lə gələcək əməkdaşlığı tənzimləyəcək. Əlbəttə, "Şahdəniz" konsorsiumuna "Nabucco West" və TAP arasında seçim etmək üçün daha bir müddət lazımdır və mən əminəm ki, bu marşrutlardan ən yaxşısı "Nabucco West"dir. On gün əvvəl "Şahdəniz"in səhmdarlarına "Nabucco" üzrə bütün sənədlərə və texniki məlumatlara çıxış imkanı təqdim etmişik ki, layihəni qiymətləndirmək mümkün olsun.
Bu, danışıqlar çərçivəsində müzakirə olunacaq mövzudur və mən danışıqların nəticələrini qabaqlamaq istəmirəm. Amma hiss edirəm ki, bu məsələdə kompromisə gələ bilərik.
O,həmçinin kompromisin necə ola biləcəyinə də aydınlıq gətirərək deyib ki, bütün bunlar texniki məqamlardır. Bu məsələ ilə bağlı nə vaxt razılığa gəlsək, onu həll etməyin texniki yolları haqqında düşünə bilərik. Danışıqlar hələ başa çatmadığından mən hansısa açıqlamalar verib bu prosesə müdaxilə etmək istəməzdim.
Digər qaz təchizatçısı olan ölkə - Türkmənistanlada danışıqların getdiyini bildirən mütəxəssis qeyd edir ki, "Nabucco International" şirkətinin layihəsi kəmərin inkişafı, şərtləri və qaz həcmlərinə çıxış məsələləri ilə məşğul olur. Amma biz qaz satışı ilə bağlı Türkmənistanla danışıqlarda iştirak etmirik. Bu məsələ ilə Avropanın qaz alıcıları məşğul olur. Əgər onlar qazı Türkmənistandan almaq istəsələr, rəsmi Aşqabadla danışıqlar aparacaqlar.
Qeyd etmək istərdim ki, biz Azərbaycanı yüksək qiymətləndiririk. Hesab edirəm ki, Azərbaycan qazı ilə həm TANAP-ı, həm də "Nabucco West"i təmin etmək olar. Əlbəttə, digər mənbələrdə - Türkmənistandan, İraqda da qaz var. Biz bunu alqışlayırıq. Amma eyni zamanda düşünürəm ki, Azərbaycanın "Şahdəniz" yatağı olmadan belə kifayət qədər potensialı var və bunu dəfələrlə ARDNŞ da bəyan edib. "Şahdəniz II", "Abşeron", "Ümid" və "Babək" yataqlarında Türkiyə və Avropaya ixrac etmək üçün 20-30 və hətta 40 mlrd. kubmetr qaz var.
"Nabucco" istehsalçılar üçün bir çox üstünlüklər təqdim edən ən mütərəqqi layihədir. Ona görə də "Şahdəniz"in "Nabucco West"in səhmdarı olacağına inanıram.
Birincisi, "Nabucco West" möhkəm hüquqi əsaslara malikdir. Bu məsələ ilə bağlı hökumətlərarası saziş bütün üzv dövlətlərin parlamentləri tərəfindən ratifikasiya olunub. Bu həftənin əvvəlində Vyanada "Nabucco" komitəsinin siyasi iclası keçirilib. İclasda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger, Bolqarıstanın baş naziri və bütün üzv dövlətlərin nazirləri iştirak ediblər. Yekunda nazirlərin bəyannaməsi qəbul olunub. Sənəddə üzv dövlətlər bu hüquqi əsası, eləcə də TANAP-la "Nabucco West"in birləşdirilməsini dəstəklədiklərini təsdiq ediblər və "Şahdəniz"in "Nabucco"da iştirakının mümkünlüyünü alqışlayıblar. Bu isə ciddi siyasi siqnaldır.
Hüquqi əsas "Nabucco West" layihəsinin şübhəsiz ki, üstünlüyüdür. Üstəlik, bu layihə vasitəsilə biz 1300 km uzunluğu və 500 mln. istehlakçısı olan böyük bazar əldə edə bilərik. Digər tərəfdən, "Nabucco West" təkcə tranzit ölkələrini deyil, Balkan ölkələrini - Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Kosovo, Albaniyanı "Nabucco" beynəlxalq şəbəkəsinə qoşmağa imkan verəcək. Çoxsaylı bazarların əldə olunması ehtimalı "Nabucco"nu kommersiya baxımından çox cəlbedici edir. Hüquqi baza, layihənin inkişafı perspektivləri və ciddi siyasi dəstək layihənin əsas üstünlükləridir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-23 12:49:46
2024-12-23 12:44:53
2024-12-23 12:44:40
2024-12-23 12:33:48
2024-12-23 12:27:41
2024-12-23 12:08:00
2024-12-23 12:06:46
2024-12-23 12:04:25
2024-12-23 12:02:50
2024-12-23 11:59:10
2024-12-23 11:48:54
2024-12-23 11:22:47
2024-12-23 11:21:07
2024-12-23 11:20:00
2024-12-23 11:13:56
2024-12-23 11:07:00
2024-12-23 10:49:13
2024-12-23 09:10:30