Kəlbəcər rayon Təhsil Şöbəsinin rəisi Elmira Şükürova tutduğu vəzifədən azad edilib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Təhsil Naziri Ceyhun Bayramov sərəncam imzalayıb.

Sərəncama əsasən E.Şükürova bu gün tutduğu vəzifədən azad olunub.

Daha öncə Ağdam rayon Təhsil Şöbəsinin rəisi vəzifəsini də icra edib. Hələlik Kəlbəcər rayon Təhsil Şöbəsinin rəisi postuna təyinat yoxdur.

Qeyd edək ki, E.Şükürova 2015-ci ildən bu vəzifədə çalışırdı.