Bu günlərdə Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov Space tv-də olub.
Kanalın mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, Novruz Məmmədovun Space tv-də olmasının məqsədi yeni layihədə iştirak etməsidir.
Sentyabrın 6-da saat 22:50-də Space tv-də “Sadə həqiqətlər” verilişi yayımlanacaq. Verilişin ilk qonağı isə baş nazir Novruz Məmmədov olub. İctimai-siyasi yüklü “Sadə həqiqətlər” verilişi digər verilişlərdən fərqlidir.
“Sadə həqiqətlər” verilişinin aparıcısı efirdə görünməyəcək və onun səsindən kimliyini tamaşaçılar müəyyənləşdirə biləcəklər.
Orxan Həsənli