Sentyabrın 10-da saat 10:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində təbii qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Unikal.org-a bildirilib ki, gün ərzində “Zabrat-2” və Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.