Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında əsgərləri daşıyan avtobusa silahlı hücum nəticəsində ən azı 5 hərbi qulluqçu həlak olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaraqlılar şənbə günü poliqondan gələn avtomobil karvanına hücum ediblər. Ən azı 20 hərbçi yaralanıb. Açılan cavab atəşi nəticəsində iki terrorçu zərərsizləşdirilib.
Hücum edənlərin axtarışı gedir.